Bakıda evdən 7 000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 27 aprel tarixində məlumat verir.
Səbail rayonunun Badamdar qəsəbəsindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən, həmin evdə işləyən xadimə və həyat yoldaşı müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.