Bakıda Xəzəryanı dövlətlərin parlament konfransının keçirilməsi planlaşdırılır. Bunu Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin yaz sessiyasının ilk plenar iclasında deyib.
Bu barədə 17 yanvar tarixində Report məlumat verib.
"Azərbaycandan olan həmkarlarımızla birlikdə Bakıda Xəzəryanı dövlətlərin parlament konfransını keçirməyi planlaşdırırıq", - Volodin bildirib.
O, aprel ayında Dövlət Dumasının Çin, İran, Türkiyə və Pakistanın iştirakı ilə təhlükəsizlik və regional əməkdaşlıq üzrə konfrans da keçirəcəyini əlavə edib.