Bakıda yanğın olan evdə meyit aşkarlanıb. Bu barədə 6 iyul tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Bildirilib ki, paytaxtın Yasamal rayonunda yerləşən üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan birotaqlı mənzildə 1 ədəd çarpayı, 1 ədəd yataq dəsti və döşəmə 5 kvadratmetr sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.