Bakıda quldurluq əməli törədən şəxs tutulub. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 17 iyun tarixində xəbər verir.
İyunun 15-də gecə saatlarında Maştağa qəsəbəsi ərazisində bir nəfərin bıçaqla hədələnərək döyülməsi, mobil telefonunun, içərisində 1500 manat pul və sənəd olan cüzdanının talanması ilə quldurluq edilib.
Əməli törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Pərviz İsgəndərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.