Bakıda yaşayış binasında yanğın olub. Bu barədə 6 aprel tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Belə ki, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 43 kvadratmetr olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və 1 ədəd plastikdən ibarət pəncərə çərcivəsi yanıb, yüksək temperaturdan ev əşyaları qarsalanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.