Azərbaycan və İsrail arasında növbəti körpü salınıb. Ölkəmizdə yeni koşer restoranı fəaliyyətə başlayıb. Bu barədə 21 avqust tarixində Report xəbər verir.
Məlumata əsasən, “Rimon” restoranı qonaqlarını qəbul etməyə hazırdır.
“Rimon” restoranında qonaqları kaşrut (yəhudi xalqının qaydalarına uyğun hazırlanmış qida məhsulları) üsulu ilə hazırlanmış Azərbaycan, İsrail, Asiya və Avropa yeməkləri, canlı musiqi, şou-proqram gözləyir.
Sözügedən restoran paytaxtın Üzeyir Hacıbəyli ,74 ünvanında yerləşir.
[gallery link="file" size="full" ids="126438,126439,126440"]