Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə Report 2 avqust tarixində xəbər verib.
Hadisə paytaxtın Nərimanov rayonunda baş verib.
Heydər Əliyev prospektində 28 yaşlı Rəfael Ələkbərovun idarə etdiyi "BMW" markalı avtomobil yolu keçən 78 yaşlı piyada Lidiya Penkovanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.