8 Noyabr - Zəfər Günü münasibəti ilə Bakıda konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq. Bu barədə 4 noyabr tarixində Report məlumat verib.
Bununla bağlı Dənizkənarı Milli Parkda hazırlıq işlərinə başlanılıb. Parkda yerləşən saat qülləsinin yanında böyük səhnə qurulur.
Qeyd edək ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla təsis edilib. Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi ilə bağlı qərar verilib, həmin gün qeyri-iş günüdür.