8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Bakıda hərbçilərin Zəfər yürüşləri keçirilib. Bu barədə İnsanoid bu gün, 8 noyabr tarixində xəbər verir.
![]()
Hərbi orkestrlərin müşayiəti ilə keçirilən yürüşlər aşağıdakı istiqamətləri əhatə edib:
- Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - "AMAY" Ticarət Mərkəzi;
- Şəhidlər xiyabanı - "Alov Qüllələri" Kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;
- Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər xiyabanı;
- "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev sarayı - İ.Nəsimi heykəli - Neftçilər prospekti.
Yürüşlərdə "Müzəffər Ali Baş Komandan!", "Zəfərin mübarək, Azərbaycan!", “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ Azərbaycandır!” və başqa şüarlar səsləndirilib.
[caption id="attachment_137187" align="alignnone" width="696"]
Foto İnsanoid.com[/caption]
[video width="1920" height="1080" mp4="https://insanoid.com/storage/thumbs/large/2023/11/Insanoid2.mp4"][/video]