Bakının Nəsimi rayonunun Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində ("Qələbə dairəsi”dən Ziya Bünyadov prospekti istiqamətində), asfalt-beton örtüyünün bir hissəsində aşınma yaranıb.
Bu barədə İnsanoid Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən bu gün, 13 dekabr tarixində xəbər verir.
Məlumata görə, hazırda asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunur. Qısa müddət ərzində problem aradan qaldırılacaq.