Qazax-Çaylı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi olub. Bu barədə 1 iyul tarixində Oxu.az məlumat verib.
Belə ki, “Ford” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində Nissan”da olan sərnişin, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Elnur Malik oğlu Nəzərov aldığı xəsarətlərdən həyatını itirib.
Bildirilir ki, hadisə vaxtı avtomobili E.Nəzərovun həyat yoldaşı idarə edirmiş.
Onlar Bakıdan Qazaxa Elnurun baldızının vəfatının 40-cı günü ilə əlaqədar keçirilən anım mərasimində iştirak etmək məqsədilə gedirmişlər.
Hadisə nəticəsində daha bir neçə nəfər isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.