Bakının 11 küçə və prospektində sıxlıq müşahidə olunur. Bu barədə 1 fevral tarixində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.
Bildirilib ki, Bakıda bu yollarda tıxac müşahidə edilir:
- Alı Mustafayev küçəsi, 3 mkr dairəsi, körpünün üstü, Ziya Bünyadov prospekti istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
- Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
- Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
- Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
- "20 Yanvar" dairəsində;
- Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
- Zərifə Əliyeva küçəsində;
- Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.