Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə 31 yanvar tarixində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda:
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
- Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
- Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.