Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə İnsanoid Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən bu gün, 30 may tarixində məlumat verir.
Hal-hazırda yollardakı vəziyyət :
- Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
- Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
- Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
- Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
- Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- Babək prospekti, mərkəz istiqamətində;
- 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
- Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
- Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
- Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.