Bu gün paytaxtın 3 rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə İnsanoid “Azəriqaz” İstehsalat Birliyinə istinadən bu gün, 23 may tarixində xəbər verir.
Nizami rayonunun Şərifli küçəsi, 24/25 ünvanında istismara yararsız siyirtmənin yenisi ilə əvəz olunması, Nərimanov rayonunun Z.Bünyadov prospekti ilə M.Nərimanov küçələrinin kəsişməsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Binəqədi rayonu ərazisində qaz kəmərlərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədi ilə mayın 23-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Nizami rayonunun (Şərifli, E.Süleymanov, C.Naxçıvanski və R.Rüstəmov küçələri), Nərimanov rayonunun (Z.Bünyadov prospekti, İ.Abışov, Baksol yolu, Ə.Qayıbov və M.Paşayev küçəsi), Binəqədi rayonunun (1-3-cü Mədən əraziləri) qaz təchizatında fasilə yaranacaq.