Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq. Bu barədə İnsanoid "Azəriqaz" İstehsalat Birliyinə istinadən bu gün, 4 iyun tarixində məlumat verir.
Bu gün saat 10:00-dan etibarən Sabunçu rayonunun Nardaran qəsəbəsində və Xəzər rayonunun Binə qəsəbəsində qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə "See Breeze" İstirahət Mərkəzi, Nardaran bağlar massivi, Maştağa Yeni Sahə adlanan ərazi və Abşeron küçəsi, Xəzər rayonu üzrə isə Binə qəsəbəsinin bir hissəsinə qazın verilişində müvəqqəti fasilə yaranacaq.