Sabah gündüz saatlarına qədər Bakının Cəlil Məmmədquluzadə küçəsinə və İzmir prospektinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə 5 aprel tarixində "Azərsu" ASC məlumat yayıb.
Məlumata görə, buna səbəb magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.
Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.