Bakının Məhəmməd Hadi və Təbriz küçələrində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.
Bu barədə 11 avqust tarixində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Hər iki yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.
Agentlik sürücüləri hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etməyə çağırıb.