Gecə saatlarından başlayaraq sabah gün ərzində Bakının iki rayonunda su kəsiləcək. Bu barədə İnsanoid "Azərsu" ASC-yə istinadən bu gün, 17 iyun tarixində xəbər verir.
Məlumata görə, yeni parkın tikinti layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin köçürülməsi və yenidən qurulması işləri ilə əlaqədar iyunun 18-də gecə saatlarından başlayaraq gün ərzində Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Qurum bununla əlaqədar abonentlərdən üzr istəyir.