Bakının mərkəzindəki yaşayış binasında yanğın qeydə alınıb. Bu barədə APA 12 dekabr tarixində xəbər verib.
Yanğın 28 May küçəsində, 23 saylı orta məktəbin yaxınlığında yerləşən yaşayış binasının mənzilində baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb ediliblər.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.