Bu gün Bakının Sabunçu rayonunun və Balakən rayonunun təbii qaz təchizatı dayandırılıb.
Bunu 19 iyul tarixində "Azəriqaz”ın baş direktoru Ruslan Əliyev ”Facebook” hesabında abonentlərin suallarını cavablandırarkən bildirib.
"Məndə olan məlumata görə, bu ərazilərdə problemin həll edilməsi istiqamətində işlər artıq yekunlaşmaq üzrədir. Günün sonuna qədər bu işlər tam həyata keçiriləcək", - deyə o qeyd edib.