Bakının Xətai rayonunda gənc qızın xəsarət alması ilə nəticələnən bıçaqlanma hadisəsi baş verib. Bu barədə Report 13 may tarixində xəbər verib.
Münaqişə zəminində 25 yaşlı Zəhra (soyadı dəqiqləşdirilir - red) bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona bir kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.