Çinin Honkonq şəhərində anadan olmuş, həm Çin, həm də Böyük Britaniya Krallığının ikili vətəndaşlığı olan Tsang Yau Keung Bakının Mərkəzi Klinik Xəstəxanasında ölüb. Bu barədə 5 iyun tarixində Report məlumat verib.
Aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, mayın 29-da Tsang Yau Keung Honkonq şəhərindən Böyük Britaniya Krallığına gedərkən təyyarə ilə uçuş vaxtı qəflətən vəziyyəti pisləşib.
Daha sonra təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına məcburi eniş edib və daha sonra Tsang Yau Keung təcili tibbi yardımın müşayəti ilə Mərkəzi Klinik xəstəxanasına yerləşdirilib. Xəstəxanada müayinə zamanı Tsang Yau Keungun ürəyindən uzun müddət müalicə alması, ürəyinə stend qoyulduğu müəyyən edilib və ona mərkəzin reanimasiya şöbəsində tibbi yardım səylərinə baxmayaraq o, Mərkəzin reanimasiya şöbəsində dünyasını dəyişib.
Araşdırma aparılır.