Bakıda “BakuBus”ın kondisioneri partlayıb. Bu barədə 15 dekabr tarixində BakuPost.az məlumat yayıb.
Hadisə bu gün səhər saatlarında Azneft dairəsi yaxınlığında baş verib. Bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayılıb.
Belə ki, bu gün səhər saatlarında “BakuBus”ın 6 nömrəli avtobusunda kondisioner partlayıb və yanğın baş verib. Sərnişinlər avtobusdan düşürülüblər.
[playlist type="video" tracklist="false" ids="155414"]