Balakəndə usta təmir işləri aparan zaman yıxılaraq ölüb. Bu barədə 14 avqust tarixində Report məlumat verib.
Hadisə avqustun 13-də Balakən şəhər ərazisində qeydə alınıb.
Belə ki, Ağdam rayon sakini, 1980-ci il təvəllüdlü Teymur Quliyev binada təmir işləri aparan zaman ehtiyatsızlıqdan yıxılıb. Usta hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.