Bakıda vətəndaşa məxsus bank kartından oğurluq edən keçmiş məhkumlar saxlanılıblar. Bu barədə 9 noyabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər oğurluq əməlinə görə məhkum olmuş Vüqar Nəsibov və oğlu, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olmuş Sirac Nəsibov müəyyən olunaraq saxlanılıblar.
Onlar vətəndaşın bank kartından 3 min 770 manat oğurlayıblar.