Bərdədə bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 6 iyul tarixində APA məlumat verib.
Hadisə Yevlax-Bərdə yolunun rayonun Cəyirli kəndindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, "KamAZ" markalı yük avtomobili əlil arabası ilə yolu keçmək istəyən Hüseyn adlı şəxsi vurub. Zərbənin təsirindən o, əks-istiqamətdə hərəkətdə olan "VAZ 2107" markalı avtomobilə dəyib.
Əlil arabasında olan şəxs aldığı ağır bədən xəsarətlərindən hadisə yerində həyatını itirib.
"KamAZ" markalı yük avtomobilinin sürücüsü isə hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.