Bərdə sakini kafedə həmyerlilərini güllələyib. Bu barədə oktyabrın 31-də Report xəbər verib.
Hadisə rayonun Bala Qacar kəndində yerləşən kafelərin birində qeydə alınıb. Belə ki, kənd sakini Rəcəb Məmmədov münaqişə zamanı həmkəndliləri - Sərxan Əsədova və kafenin sahibi Eldar Məmmədova odlu silahdan atəş açaraq xəsarət yetirib.
Hər iki yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır. R.Məmmədovun məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam edir.