Oğuzda kişi ov zamanı xəsarət alıb. Bu barədə 2 fevral tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
Hadisə Dəymədağlı kəndi ərazisində baş verib. Ov edən Bərdə rayon sakini Hüseyn Cavadovun ehtiyatsızlıqdan tüfəngdən açdığı atəş nəticəsində Habil Abdullayev yaralanıb. Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Polis əməkdaşları tərəfindən Hüseyn Cavadovdan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.