Bərdədə və Sumqayıtda nəqliyyat vasitələri qaçırılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 10 fevral tarixində xəbər verir.
Bərdə şəhərində avtoyuma məntəqələrinin birindən “VAZ-21015” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən Məhəbbət Zeynalov Alaçadırlı kəndi ərazisində avtomobillə saxlanılıb.
Sumqayıt polisi tərəfindən fevralın 9-da gecə saatlarında 11-ci mikrorayon ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən yeniyetmə avtomobillə H.Z.Tağıyev qəsəbəsi ərazisində saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.