Bərdədə silah satmaq istəyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 18 yanvar tarixində xəbər verir.
Qanunsuz olaraq satış məqsədi ilə silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Qalib Həsənli tutulub.
Onun yaşadığı ünvandan 1 ədəd AK-103 markalı Kalaşnikov avtomatı, həmin silaha aid 1 ədəd daraq və 75 ədəd patron aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, 44 günlük Vətən müharibəsi zamanı həmin silahı işğaldan azad edilmiş ərazilərdən tapdığını və öz yaşadığı ünvana gətirərək gizlətdiyini etiraf edib. O, silahı 2000 manata satmaq istədiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
[caption id="attachment_159299" align="alignnone" width="696"]
Foto APA.az saytı[/caption]