Bərdədə sakin təmir etdiyi təkərin partlaması nəticəsində ölüb. Bu barədə 2 avqust tarixində Report Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verib.
Hadisə avqustun 1-i saat 18 radələrində qeydə alınıb.
Rayon sakini, 41 yaşlı Samir Hümbətov özünə məxsus sexdə təkər təmir edən zaman təkərin partlaması nəticəsində almış olduğu xəsarətdən həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.