Bərdə rayonunda altı azyaşlı qidadan zəhərlənib. Bu barədə İnsanoid Qafqazinfo-ya istinadən bu gün, 17 iyun tarixində xəbər verir.
Hadisə iyunun 17-si saat 1 radələrində rayonun Zümürxan kəndində baş verib.
9 yaşlı A.Paşayeva, onun 6 və 8 yaşlı bacıları, 2 yaşlı qardaşı H.Paşayev, eləcə də onlara qonaq gəlmiş 6 yaşlı M.Əhmədova və 3 yaşlı X.Hüseynli qidadan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Azyaşlılardan H.Paşayev və M.Əhmədovanın vəziyyəti orta ağır qiymətləndirilir. Digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.