Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu barədə 31 oktyabr tarixində APA məlumat verib.
Hadisə Ağdam-Bərdə avtomobil yolunun rayonun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb.
1955-ci il təvəllüdlü İbrahimova Leyla Huseyn qızı yolu keçmək istəyərkən Camal adlı şəxsin idarə etdiyi 90-EK-152 dövlət qeydiyyat nişanlı "VAZ-21015" markalı minik avtomobili onu vurub. 68 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.
[gallery link="file" columns="1" size="full" ids="136326"]