Bərdədə 7 yaşlı uşağı it dişləyib. Bu barədə 29 avqust tarixində APA məlumat verib.
Hadisə Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb. Belə ki, 2016-cı il təvəllüdlü Kərimov Mirkamil Toğrul oğlu həyətdə oynayarkən sahibsiz itlərin hücumuna məruz qalıb.
Uşaq ətrafdakılar tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıb. Azyaşlıya quduzluğa qarşı vaksin vurulduqdan sonra ambulator müalicə üçün evə buraxılıb.