Bərdədə avtomobil velosipedçini vuraraq öldürüb. Bu barədə 3 iyul tarixində APA məlumat verib.
Hadisə Qarağacı kəndində qeydə alınıb.
Belə ki, 1969-cu il təvəllüdlü Məhərrəm Hüseynov idarə etdiyi "Mercedes Benz e 240" markalı avtomobillə yolda hərəkətdə olan velosipedçi, 1983-cü il təvəllüdlü Babək Musayevi vurub. Velosipedçi aldığı xəsarətdən hadisə yerində ölüb.
Araşdırma aparılır.