Bərdə rayonunda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 28 iyun tarixində Report məlumat verib.
Belə ki, avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Abbasov Şahin Samir oğlunun ayağının üzərindən keçib.
Yaralı ağır vəziyyətdə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona sağ ayağın bud nahiyəsinin natamam amputasiyası diaqnozu qoyulub. Azyaşlı əməliyyat olunub və ayağı amputasiya olunub.
Hadisənin təfərrüatı araşdırılır.