Bərdədə çay yatağından qanunsuz qum-çınqıl daşıyan vəzifəli şəxs cərimələnib. Bu barədə 28 iyul tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat verib.
Xidmət əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Bərdə rayonunun Zümürxan kəndi yaxınlığındakı çay yatağından qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qum-çınqıl qarışığının ərazidə fəaliyyət göstərən "Salehoglu-R" karxanası tərəfindən daşındığı məlum olub.
Faktla bağlı karxananın iş icraçısı Rahib Əhmədov barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.