Bərdə rayonunda piyada ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 28 dekabr tarixində xəbər verir.
Dekabrın 27-də Habil Salahov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Bərdə rayonunun Böyük Goyüşlü kəndi ərazisində hərəkətdə olan zaman yolu keçən piyada - 1938-ci il təvəllüdlü Əli Həsənovu vurub. Nəticədə sonuncu aldığı bədən xəsarətlərindən xəstəxanada vəfat edib.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəllənin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.