Bərdədə sərnişin traktordan yıxılaraq ölüb. Bu barədə Report 20 iyul tarixində xəbər verib.
Hadisə Lənbəran kəndi ərazisində qeydə alınıb.
38 yaşlı Xaqani Qasımovun idarə etdiyi “T 28X4 MS” markalı traktor hərəkətdə olan zaman texnikanın yedəyində olan, sərnişin qismində əyləşən 2007-ci il təvəllüdlü Paşayev Davud Saleh oğlu yıxılıb. Sərnişin aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.