Baş prokuror Kamran Əliyev Tovuz rayon prokurorluğunun inzibati binasında Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və digər rayonlardan olan vətəndaşları qəbul edib. Bu barədə İnsanoid Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən bu gün, 24 iyul tarixində xəbər verir.
Qəbulda iştirak edən 27 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, mülki xarakterli mübahisələr, habelə sosial problemlərlə bağlı qaldırılmış məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.
Qəbuldan sonra Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.