top
Bayıldan Əhmədliyə Xəzər üzərindən körpü: milyardlara başa gələcək layihə tıxacı aradan qaldıra bilərmi?
11 may 2023, 06:33
- ↺ +

Bayıldan Əhmədliyə Xəzər üzərindən körpü: milyardlara başa gələcək layihə tıxacı aradan qaldıra bilərmi?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son zamanlar Bayıl ərazisindən Əhmədli istiqamətinə Xəzər dənizi üzərindən körpü salınacağı barədə məlumatlar yayılır. Bu məsələ ilə bağlı 11 may tarixində Oxu.az araşdırma aparıb.

Bununla tıxacların qarşısının alınacağı qeyd edilir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mediaya açıqlamasında körpü ilə bağlı konkret qərarın olmadığını bildirib.

Bəs Bayıl ərazisindən Əhmədli istiqamətinə Xəzər dənizi üzərindən körpü salınarsa, hansı dəyişikliklər ola bilər? O, tıxacın qarşısını ala bilərmi?

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, nəqliyyatın intensivliyini, sıxlığını aradan qaldırmaq üçün bir çox təkliflər irəli sürülür:

“Bunlardan biri də Bayıl ərazisindən Əhmədli istiqamətinə Xəzər dənizi üzərindən körpü salınmasıdır. Körpü salınarsa, bu, milyardlar hesabına başa gələcək. Onun işlək olub-olmayacağı isə sual altındadır. Həmin istiqamətdə daşınmalar tıxacları tam azaltmayacaq. Bakıda olan adamlardan neçə faizi Bayıldan Əhmədliyə gedir ki? Onsuz da 8 Noyabr prospekti genişzolaqlıdır, az işıqforla təmin olunub. Orada o qədər tıxac qeydə alınmır. Bu körpü, sadəcə olaraq, turistik məqsədli və şəhərə gözəllik vermək üçün ola bilər”.

Y.Mustafayev vurğulayıb ki, tıxac məsələsini kompleks şəkildə həll etmək lazımdır:

“İctimai nəqliyyatı təkmilləşdirmək, velosiped, skuterlərə infrastruktur yaratmaq, bölgələrdə iş yerləri açmaq lazımdır”.

Ekspert əlavə edib ki, əvvəllər Bayıldan Neftçilər prospekti, Azneft dairəsi yaxınlığına, Bəhram Gur heykəli ərazisindən Badamdarda yerləşən avtomobil bazarının yanına tunel çəkmək təklif edilib:

“Bir müddət gündəmdə qaldı, sonra ləğv edildi. Şəhərə giriş-çıxışda hər zaman problemlər yaranır. Bu tunelin tikilməsi ilə şəhər mərkəzindən kənara nəqliyyatın hərəkəti yaxşı təmin edilə bilər və problem həll olunar”.

“İnsanyönümlü şəhərlər” layihəsinin təmsilçisi Arzu Süleymanov isə bu layihə baş tutarsa, iqtisadi səmərəliliyinə çox şübhə ilə yanaşdığını bildirib:

“Burada yanlış yanaşma mövcuddur. Səbəb odur ki, bu layihə haqqında fikir bildirənlərin əsas məqsədi nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini üstün tutmaqdır. Şəhərlərdə tıxacın qarşısını almaq üçün əsas diqqət insanların daşınmasına yönəlməlidir.

Yəni bu körpüyə ayrılacaq vəsait çeşidli ictimai nəqliyyatın inkişafına yönəlməlidir. Xəzərin meteoroloji durumunu nəzərə alaraq, körpü və bərə daşınmaları Bakıda nəqliyyat sıxlığının aradan qaldırılmasında istənilən effekti verə bilməz”.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
06 noyabr 2026, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Yerli xəbərlər
06 noyabr 2026, 16:53

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Xarici xəbərlər
06 noyabr 2026, 16:26

Daşkənddə anadan olan Sergio Qor Marko Rubionun yerinə ABŞ-nin dövlət katibi təyin oluna bilər

Oxşar xəbərlər