Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalayıb. Bu barədə İnsanoid Prezidentin Mətbuat Xidmətinə istinadən bu gün, 26 iyun tarixində xəbər verir.
Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. (ölümündən sonra).
Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov Ali Baş Komandana və xalqa öz təşəkkürünü bildirib.
View this post on Instagram