top
Bayram günlərinin havası açıqlanıb
14 iyun 2024, 02:02
- ↺ +

Bayram günlərinin havası açıqlanıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bayram günlərində - iyunun 15-16-17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 14 iyun tarixində məlumat verir.

15-i səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

“Bölgələrə gəldikdə isə iyunun 15-16-da, əsasən, dağlıq və dağətəyi rayonlarda, 17-də isə bəzi bölgələrdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, mülayim şərq küləyinin əsəcəyi gözlənilir”.

Xidmət rəisi bildirib ki, Naxçıvan MR-da 15-16-17 iyun tarixlərində hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək, gecə və səhər arabir duman olacaq. Havanın temperaturu gecə 18-23, gündüz 31-36 dərəcə isti olacaq.

“Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöl rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 18-23, bəzi yerlərdə 25-28 dərəcə isti olacağı gözlənilir.

Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 18-23, bəzi yerlərdə 25-30 dərəcə isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalan, Füzuli rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Ağdaş, Mingəçevir rayonlarında arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. İyunun 15-i axşam yağıntıda qısamüddətli fasilə olacaq. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

Quba, Qusar, Siyəzən, Şabran, Xaçmaz rayonlarının bəzi ərazilərində arabir yağış yağacağı, qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılar axşama doğru tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-18, gündüz 24-29, dağlarda gecə 7-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Ağsu, Şamaxı, İsmayıllı, Qobustan rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin 15-i gecə və səhər, 17-si gündüz bəzi yerlərdə fasilələrlə yağış yağacağı, qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin 15-i gecə və səhər, 17-si gündüz bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 31-36, dağlarda gecə 18-20, gündüz 25-29 dərəcə isti olacaq".

Son xəbərlər

Xarici xəbərlər
Bu gün, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi

Yerli xəbərlər
Bu gün, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Bu gün, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Bu gün, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Bu gün, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Bu gün, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Bu gün, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Bu gün, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Bu gün, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Bu gün, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Bu gün, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Bu gün, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Bu gün, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Bu gün, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Bu gün, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Bu gün, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Bu gün, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Bu gün, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Yerli xəbərlər
Bu gün, 09:57

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! - Video

Yerli xəbərlər
Bu gün, 09:47

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Yerli xəbərlər
Bu gün, 09:21

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Yerli xəbərlər
Dünən, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
Dünən, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Siyasət
Dünən, 16:22

Azərbaycan və Şri-Lanka dövlət xidmətləri sahəsində memorandum imzalamağı planlaşdırır

Oxşar xəbərlər