Regionlardakı 5 ulduzlu hotellərdə yerlərin 80-90%-i bron edilib. Bu haqda Trend Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndiyə istinadən martın 18-də xəbər paylaşıb.
Buna səbəb Novruz bayramı ilə əlaqədar martın 19-dan 27-dək davam edəcək qeyri-iş günləridir. Tətildən istifadə edən vətəndaşlar istirahət üçün bölgələrə üz tuturlar. Nəticədə bir neçə hotel həmin günlərə satışlarını dayandırıb.
Hotellərin qiyməti 40-400 manat arası dəyişir. Cari ildə xüsusilə Lənkəran hotellərinə yüksək tələbat olub.