Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 22 iyul tarixində Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz isə 32-37° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı, 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 35-45% olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26°, gündüz 35-40°, dağlarda gecə 11-16°, gündüz 19-24° isti olacaq.