İyunun 16-da Azərbaycanda hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 15 iyun tarixində Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 30-35° isti olacaq.
Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 32-37°, dağlarda gecə 13-18°, gündüz 20-25° isti olacaq.