Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 12-14°, gündüz 17-19° isti olacaq.
Rayonlarda hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14°, gündüz 19-24°, dağlarda gecə 0-4°, gündüz 5-10° isti olacaq.