1989-cu ildə anadan olmuş Azərbaycan vətəndaşı, Belçikada yaşayan Məmmədov Nizami İbrahim oğlu mayın 8-də adıçəkilən ölkədə itkin düşüb. Bu barədə 13 may tarixində 1news.az məlumat verib.
Qeyd edilir ki, daha əvvəl o, qəza zamanı kəllə-beyin travması alıb və nəticədə yaddaş itkisi, oriyentasiyanın pozulmasından əziyyət çəkib.
İtkin düşən azərbaycanlının yaxınları onun haqqında məlumatı olanlardan +994 55 757 69 23 nömrəsinə zəng etmələrini xahiş edirlər.