"Neftçi"nin Türkiyədə "Beşiktaş"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun başlama saatı dəyişdirilib. Bu barədə 17 avqust tarixində Report xəbər verir.
Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi, Bakı vaxtı ilə 21:00-da yox, 22:00-da start götürəcək.
Qeyd edək ki, "Neftçi Arena"dakı ilk matçda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə məğlub olub.